Elçin Quliyevin işçilərinə hökm oxundu

  • Müəllif: admin
  • 18 Dekabr 2018 15:18

Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.org-ın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.