
Bakının Badamdar qəsəbəsində yol-patrul xidmətinin avtomobili qəzaya uğrayıb.
Gununsesi.org xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığında baş verib.
Qəza zamanı “BMW” markalı YPX avtomobili yol kənarındakı dirəyə, daha sonra isə maneəyə çırpılıb.
Məlumatda o da qeyd olunur ki, qəzaya səbəb avtomobilin yüksk sürətlə hərəkətdə olması olub.
Faktla bağlı araşdırma aparılır.











