DYP əməkdaşı qəza törətdi - SÜRƏT HƏDDİNİ AŞDIĞINA GÖRƏ

  • Müəllif: admin
  • 18 Dekabr 2018 16:34

Bakının Badamdar qəsəbəsində yol-patrul xidmətinin avtomobili qəzaya uğrayıb.

Gununsesi.org  xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığında baş verib.

Qəza zamanı “BMW” markalı YPX avtomobili yol kənarındakı dirəyə, daha sonra isə maneəyə çırpılıb.

 Məlumatda o da qeyd olunur ki, qəzaya səbəb avtomobilin yüksk sürətlə hərəkətdə olması olub.

Faktla bağlı araşdırma aparılır.