
Bakıda qadınların əl çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
“Gununsesi.org” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Qadın izahatında naməlum şəxsin içərisində mobil telefon, pul və digər şəxsi əşyaları olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Heydərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Nəsimi rayonu ərazisində daha bir qadına qarşı soyğunçuluq etdiyi və zərərçəkənin içərisində 80 manat olan çantasını əlindən aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.










