
Birləşmiş Ərəb Əmirliyi bu gün Suriyanın paytaxtı Dəməşqdə təkrar öz səfirliyini açır.
“Gununsesi.org” xəbər verir ki, bu barədə xəbəri Əsəd rejiminin Suriya İnformasiya Nazirliyi elan edib.
Nazirlik jurnalistləri açılış mərasiminə dəvət edib, lakin BƏƏ hələ ki, məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, BƏƏ 6 il əvvəl bu ölkədəki səfirliyini bağlamaq qərarını vermişdi.













