Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 08 Yanvar 2019 14:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdalıq edib.

Departamentdən Gununsesi.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 9-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.