Azərbaycana qarşı hücum mövqeyi tutulur - SƏMƏD SEYİDOV AŞPA-DA MEHMAN HÜSEYNOVDAN DANIŞDI

  • Müəllif: admin
  • 22 Yanvar 2019 09:06

“Azərbaycana qonşu dövlətlərdən – Gürcüstan və Ermənistandan söhbət getdiyi üçün ölkəmlə bağlı məlumat vermək istərdim. Bu gün səhər Azərbaycan üzrə həmməruzəçi S.Şenakın debatlarda söylədikləri ilə bağlı fikrimi bildirmək istəyirəm. Onun dediklərindən məyus olduğumu bildirir və buna təəssüf edirəm. Onun, eləcə də bəzilərinin Mehman Hüseynov məsələsindən istifadə edərək, ölkəmizə qarşı hücum mövqeyi tutması, imicinə xələl gətirmək istəmələri təəssüf doğurur”.

Gununsesi.org  xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, M.Hüseynov Azərbaycan Prezidentinə müraciət edərək, onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Eləcə də bir qrup insan hüquqları müdafiəçisi Azərbaycan Prezidentinə eyni müraciəti edib. Bu müraciətlər Prezidentə çatdırılıb.

Gununsesi.org