
Bu gün 50 yaşını qeyd edən millət vəkili Siyavuş Novruzovu ölkə başçısı İlham Əliyev də təltif edib.
Gununsesi.org bildirir ki, Prezidentmillət vəkili Siyavuş Novruzovla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, S.Novruzov hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.












