AzEdu.az təhsil portalının 1 yaşı tamam olub

  • Müəllif: admin
  • 01 Mart 2019 12:45

Bu gün Azərbaycanda təhsil sahəsi üzrə ixtisaslaşmış AzEdu.az portalının 1 yaşı tamam olub.

Gununsesi.org-un məlumatına görə, AzEdu.az təhsil portalı 2018-ci il mart ayının 1-dən fəaliyyətə başlayıb.

AzEdu.az Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.

Gununsesi.org İnformasiya Agentliyinin kollektivi portalın bütün əməkdaşlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır!