Bakıda Atatürkün heykəli ziyarət edildi

  • Müəllif: Firuzə
  • 29 Oktyabr 2026 10:21

29 Oktyabr – Türkiyə Cümhuriyyətinin elan olunmasının ildönümü münasibətilə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda Mustafa Kamal Atatürkün heykəlini ziyarət edib.

APA xəbər verir ki, heykəlin önünə gül dəstələri düzülüb, Türkiyə Cümhuriyyətinin qurucusunun xatirəsi ehtiramla yad olunub.