Ramil Usubov polis rəisini işdən çıxardı

  • Müəllif: admin
  • 04 Mart 2019 16:55

Bakıda polis rəisi işdən çıxarılıb.

Gununsesi.org ONA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.