
Şikayət ərizəsində adıçəkilən problemlə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Gəncə sərnişindaşımada əməkdaşlar rəis müavininə etiraz etdilər-Video
Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.
Şikayətçilər bildirirlər ki, 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanov iclasda bizim kollektivi ağır söyüşlərlə təhqir edib.
“Əsas problem sözü gedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaratmasıdır. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşımanı yükünü çiyinlərimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib”, kolletiv üzvləri öz müraciətlərində bildirirlər.
“Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək sözlə ifadə olunmayan təhqiramiz söyüşlərdə söyərək hüquq şöbəsinin müdirinin otağında stol-stulu da vurub dağıtdı. Sözügedən məmur bizimlə “burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, – deyə şikayətçilər qeyd ediblər.











