Türkiyə terrorçuların obyektlərinə raket zərbəsi endirdi

  • Müəllif: admin
  • 19 Avqust 2019 09:15

Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib.

Anadolu” Milli müdafiə nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 2 terrorçu məhv edilib.

Aviasiya “Pəncə” antiterror əməliyyatının ştabı ilə əlaqədə hərəkət edib.

Türkiyə ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir. PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.

Gununsesi.org