
Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə azərbaycanlının ölümü ilə nəticələnib.
Gununsesi.inf0-nun məlumatına görə, bu barədə “Life78” saytı xəbər yayıb. Məlumata görə, avqustun 31-də Admiralteysk rayonunda yerləşən mebel sexində lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə düşüb.
Onun döş qəfəsinin ağır zədələrindən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.inf0











