Cəlilabadda yol qəzası olub, xəsarət alan var

  • Müəllif: admin
  • 15 Dekabr 2019 13:27

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Babalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Fərid Camal oğlu xəsarət alıb.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org