Müsavat Partiyasının başqanı Arif Hacılı da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşəcək.
Gununsesi.org-un xəbərinə görə, bu barədə A.Hacılı özü məlumat yayıb.
“Görüş üçün dəvət almışam. Təklifi qəbul etdim. Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxından daha düzgün olduğunu bildirdim” – A.Hacılı qeyd edib.











