İtaliyada ölənlərin sayı artdı, şəhərlərin görünüşü dəyişdi

  • Müəllif: admin
  • 10 Mart 2020 22:52

İtaliyada koronavirusdan ölənlərin sayı 631 nəfərə çatıb.

Gununsesiaz.info xarici mediaya istinadən xəbər verir ki, ölkədə bir gün ərzində 168 nəfər dünyasını dəyişib. 10 min 149 nəfər isə Covid-19 daşıyıcısıdır.

Xatırladaq ki, İtaliya koronavirus səbəbindən “qırmızı zona” elan edilib. Ölkədə xəstəliyə daha çox Lombardiya əyalətinin sakinləri yoluxub.

Virus səbəbindən görülən tədbirlər çərçivəsində bir neçə şəhərin küçələri boşalıb.