Küçədən iki günlük körpə tapıldı – Bakıda dəhşət

  • Müəllif: admin
  • 28 Aprel 2020 09:43

Bakıda küçədən iki günlük qız uşağı tapılıb.

Gununsesi.org xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org