Paris Notr-Dam kilsəsində yarımçıq qalmış bərpa işlər yenidən başladı – VİDEO

  • By admin
  • 28 Aprel 2020 10:03

Parisdə 1,5 ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bərpa işləri dayandırılan Məryəm ana kilsəsində (Paris Notr-Dam kilsəsi) yenidən canlanma yaranıb.

Gununsesi.org bildirir ki, bu barədə RT xəbər yayıb.

Bərpa işlərində 170 nəfər inşaatçı iştirak edəcək.

Hökumət nümayəndələri bərpa işlərinin sosial məsafə qaydalarına sərt riayət edilməklə həyata keçiriləcəyini vurğulayıblar.

Xatırladaq ki, 2019-cu ilin aprelin 15-də kilsədə yanğın baş vermişdi. Həmin vaxt bina dağılma təhlükəsi ilə üzləşmişdi.

Gununsesi.org