Gəlini ər evinə traktorla gətirdilər - VİDEO

  • Müəllif: admin
  • 21 Sentyabr 2016 15:10
traktor
Toyunda qeyri-adi hərəkət etmək niyyətinə düşən bəy  gəlini traktorla gətirmək qərar verir.
Gununsesi.info “Haber7”-yə istinadən xəbər verir ki, Türkiyənin Muş vilayətində kənd təsərrüfatı işləri ilə məşğul olan  Əmrah Koç tarktorunu gəlin maşını kimi istifadə etməyə qərar verib. Bəyin bu təklifini gəlin Esma Devrim  tərəfindən də çox maraqla qarşılandığından razı olub. Bəylə gəlin bir neçə traktor karvanı ilə  şəhər gəzintisinə çıxıb və ətrafdakılarır “evlənirik, xoşbəxtik” deyərək ifadələri işlədiblər. Onlar eyni zamanda traktorun qarşısına “Eveleniyoruz. Mutluyuz” şüarı da asıblar.
 Bu hadisə şəhər sakinlərin çox böyük marağına səbəb olub və onları alqış sədaları ilə yola salıblar.
Nişanlısının da traktorla gəlin getməsinə razı olduğuna görə Esmaya minnətdarlıq edən Ə. Koç deyib ki, biz bir kənd təsərrüfatı ilə məşğul olan ailəyik: “Traktor bizim alənin  gəlir mənbəyidir. Dəyər verdiyimiz və illərdir istifadə etdiyimiz bir texnikadır. Ona görə də , ən xoşbəxt günümüzdə də  belə bir plan reallaşdırdıq. Və belə bir  formada toy  düzənlədik. Ən böyük xəyalımı nişanlımla gerçəkləşdirdim”.

https://www.youtube.com/watch?v=DO4RoSJu2k0

 

Gununsesi.info