İçərişəhərdə “Qız Qalası” festivalı keçirilib - FOTOLAR

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 09:50

fes

İçərişəhərdə uşaqlar üçün “Qız qalası” festivalı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Uşaq Yaradıcılıq Mərkəzlərinin rəhbərləri, şagirdlər iştirak ediblər. İki gün davam edən festivalda yaradıcılıq mərkəzlərindən və internat məktəblərindən 30-a yaxın şagirdin milli və müasir üslubda işlənmiş rəsm əsərləri nümayiş olunub.

Mərasimin sonunda iştirakçılar diplom və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalıçərçivəsində keçirilib.

“Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradıblar.

festi fest

Anar

Gununsesi.info