Ətlə ayran birlikdə qəbul olunarmı?

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 11:01

 yemek

Türk yemək mədəniyyətində ayran və ət vazkeçilməz nemət hesab edilir.  Son vaxtlarda ən çox mübahisə edilən mövzulardan biri də ət ilə süd və süd məhsullarının birlikdə istifadə edilib-edilməməsidir. 

Gununsesi.info xəbər verir ki, bu mövzu ilə bağlı aparılan araşdırmalara görə, kalsium dəmir qəbuluna bir az təsir edir. Ancaq fərqli kalsium istifadə miqdarlarının dəmir udulmasına təsirinin nə olduğunun da aşkarlanması lazımdır.  Belə ki, burada əsas nöqtə kalsiumun nə qədər dəmir qəbulunu əngəllədiyidir. Tək paylı qida qəbulu araşdırmalara görə, pəhrizimizdə yer alan fosfat, fitat və askorbin turşusu kimi komponentlərin də kasium qəbuluna təsir etdiyi müşahidə edilib. Dəmir sorulmasının kalsium tərəfindən təsirlənməsi incə bağırsaqlarda olan kalsiumun miqdarına bağlııdr.Tək bir cür qidanın verildiyi bu araşdırmalara görə, fikir bildirmək doğru deyil. Çox paylı sindirim araşdırmaları bu təsiri daha yaxşı izah edir.Bu araşdırmalarda kalsium istifadəsi az olan şəxslərdə dəmir sorulmasına təsirinin çox az olduğu müşahidə edilib.  Dəmir baxımından zənginləşdirilmiş uşaq yeməklərinin uşaqlara verilməsində, süd verən xanımlarda, yeniyətməlik dövründəkilərdə və yetkin kişi və qadınlarda kaslium istifadəsinin dəmir sorulmasına önəmli bir təsirinin olmadığı qeyd edilib. 

Gülnaz Qənbərli

Gununsesi.info