Televiziyada gedən sujet nazirliyi hərəkətə gətirdi

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 18:45

sumuk

Şəkidə heyvan sümükləri zərərsizləşdirilmiş və ərazi dezinfeksiya edilmişdir.

Gununsesi.info xəbər verir ki, sentyabrın 22-də “abr” TV kanalında Şəkinin şimal-qərb hissəsində, şəhərdən 5-6 km məsafədə yerləşən məişət tullantıları tökülən ərazidə 15-20 gün əvvəl atılmış xeyli sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş-ayaq və bədən sümüklərinin olması barədə süjet verimişdir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, məlumat daxil olan kimi Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları əraziyə baxış keşirmişlər. Baxış zamanı zibil tullanan ərazidə müxtəlif ölçüdə çoxlu sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanlara məxsus sümüklər, baş-ayaq  və cürümüş skeletlər aşkar etmişlər.

Özbaşına əraziyə atılmış heyvan skeletləri, baş-ayaq və heyvana məxsus digər hissələr baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq, Şəki məişət tullantıları poliqonunda dərin quyu qazılara zərərsizləşdirilmiş və ərazi DUK maşını vasitəsi ilə 2%-li formaldehid məhlulu ilə dezinfeksiya edilmişdir.

Ata və digər heyvanlara məxsus sümüklərin həmin əraziyə kimlər tərəfindən atılmasını aydınlaşdırmaq üçün idarə əməkdaşalrına xüsusi taşırıq verilmişdir. Eləcə də bu məsələnin aydınlaşdırılması üçün Şəki Şəhər Polis Şöbəsinə rəsmi müraciət edilmişdir.

Əhalidən xahiş edirik ki, hər hansı səbəbdən ölmüş və ya kəsilmiş heyvanların toplanması və tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Gununsesi.info