Ramiz Mehdiyevin kitabı ispan dilində

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 20:32

14746378415747359261-1000x669

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İspaniyanın “Eurasian Books” nəşriyyatında ispan dilində çap olunub.

Gununsesi.info xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb.

Bundan başqa, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən,Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu mövqedən, xüsusilə təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələri yerinə yetirməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən bəhs edilir.

 

Gununsesi.info