“Sədərək”də 4 mağaza yanaraq kül oldu - FOTOLAR (YENİLƏNİB)

  • Müəllif: admin
  • 24 Sentyabr 2016 12:13

sederek

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı xeyli sayda mağaza kül olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib.Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb

 

***

10:40

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında Sederek ticarət mərkezində yanğın hadisəsi baş verib. Hadisə ticarət mərkəzinin Şirniyyat adlanan yerində 8-ci riadda qeydə alınıb. Derhal əraziyə Səbail Yasamal və Nəsimi rayonundan 8 yangın söndürmə briqadası göndərilib. Hadisə zamanı ticarət mərkəzinin bir işçisi tüstüdən zəhərlənib.

***

09:00

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN)  istinadən xəbər verir ki,  yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları  yanğını lokallaşdırıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

sirniyyat sirniyyat1 sirniyyat2 sirniyyat3 sirniyyat4 sirniyyat5 sirniyyat6 sirniyyat7 sirniyyet3

Gununsesi.info