Proseduralar dəqiq həyata keçirilir - ATƏT PA-nın məruzəçisi

  • Müəllif: admin
  • 26 Sentyabr 2016 11:51

atet

“Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”.

 

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib.

Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: “Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir”.

Gununsesi.info