Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib

  • Müəllif: admin
  • 02 Oktyabr 2016 09:45

tabasaran

Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tabasaran rayonunun inzibati sərhədləri hüdudlarında antiterror əməliyyatı rejiminin tətbiq edilməsinə dair qərar yerli vaxtla 04.30-da (Bakı vaxtı ilə 05.30-da) Dağıstandakı əməliyyat qərargahının rəhbəri tərəfindən verilib.

Məlumata görə, əməliyyat çərçivəsində silahlıların  və onlarla əlaqəli şəxslərin axtarışı aparılır.

Gununsesi.info