İŞİD-ə ağır zərbə -34 ölü

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 22:45

isid

 

İraqın Mosul şəhərinin Kayyara qəsəbəsini yenidən ələ keçirməyə cəhd edən İŞİD terrorçularının qarşısı alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq ordusunun 15-ci korpus komandanı Məhəmməd Bədri deyib.

“İŞİD 80 döyüşçü və 4 bomba yüklənmiş avtomobillə Kayyaranı almağa cəhd etdi. Koalisiyanın da dəstəyi ilə hücumun qarşısı alındı və 34 terrorçu öldürüldü. Digərləri isə qaçmağa müvəffəq oldu. Olayda yalnız 1 əsgərimiz yüngül yaralanıb”, – Bədri bildirib.

Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri bir neçə ildir ki, Mosulu İŞİD-dən almaq üçün hazırlıqlar görür.

 

Gununsesi.info