
“Bu gün Babəkə, Şah İsmayıla, Cahan şaha… və sair görkəmli dövlət xadimlərinə və milli qəhrəmanlara hücum etməyin heç bir əsası yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış yazıçı Firuz Mustafa deyib.
Onun dediyinə görə, düzdür, onların hər birinin kifayət qədər səhvi olub, amma, ancaq, lakin və fəqət…
“Bir çox tarixçilər və tarixi öyrənmək istəyən həvəskarlar şəxsiyyətləri tarixi kontekstdən kənarda səciyyələndirirlər.
Sanki məsələn, Şah İsmayıl Xətai Səfəvilər dövlətinə 1516-cı ildə deyil, 2016-cı ildə rəhbərlik edib.
Sanki məsələn, Çaldıran döyüşü 1514-cü ildə yox, 2014-cü ildə baş verib.
Elə deyil, axı. Tarix də insan kimi canlı bir fenomendir.
Dörd yüz və ya beş yüz il öncəyə bu günün gözüylə baxmaq bəlkə də lazımdır. Amma hadisə və proseslərə həmin dövrün öz tarixi maraq dairəsi çərçivəsində yanaşmaq daha düzgün olardı”-deyə, o, daha sonra sözlərinə əlavə edib.
Gununsesi.info












