Xarici valyutada yatırılan əmanətlərin həcmi 82, kreditləri isə 48 % təşkil edir

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 13:15

 

dollar

Əhalinin ölkədə fəaliyyət göstərən bankarla yatırdığı əmanətlərin 18.3 faizi milli valyutada, 81.7 faizi isə xarici valyutada təşkil edir.

Gununsesi.info Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin 6 milyard 475 milyon xarici valyutada, 1 milyard 456 milyardı manatda ölkə banklarına yerləşdirilib.

Banklar tərəfindən həyata keçirilən 16.8 milyard manatlıq kredit qoyuluşunun 8 milyard 755 milyonu milli valyutada (52 %), 8 milyard 84 milyonu (48 %) xarici valyutada təşkil edir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info