“Qarabağda müharibə qaçılmazdır. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü təmin etmək və iağal altında torpaqları azad etmək güc yolunu seçməsi labüddür”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistandan danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməsini gözləməyə dəyməz. “Nə qədər ki, Ermənistanın indiki əli qana batan rejimi hakimiyyətdədir, onlardan konstruktivmövqe gözləməyə dəyməz. Digər tərəfdən də bu rejim Rusiyadan güclü dəstək alır”- deyə, politoloq vurğulayıb.
Onun fikrincə, ona görə də, Azərbaycan geci tezi öz ərazi bütövlüyünü təmin etmək üçün güc yolunu seçmək məcburiyyəti qarşısında qalacaq: “Bu qərarı Azərbaycan yaxın gələcəkdə də verə bilər, müəyyən fasilədən sonra da. Bu asılı olacaq dünyada gedən proseslərdən. Bu baxəmdan Azərbaycan indiki məqamda ordusunu gücləndirməli, onu döyüş hazırlığı vəziyyətinə gətirməli və psixoloji cəhətdən döyüşə hazırlamaqla həlledici məqamı gözləmək lazımdır. Bu gün hələ o həlledici məqam yetişməyib. Onun tezliklə yetişəcəyinə də ümid bəsləmək olar”.
Q.Hüseynli bildirib ki, hazırki məqamda Azərbaycan öz saatını gözləmək məcburiyyətindədir: “Torpaqlar onsuz da güc yolu ilə azad ediləcək”.
Politoloq əlavə edib ki, Ermənistan ancaq bir halda danışıqlar masasına əyləşəcək, o da Rusiyanın zəifləməsi fonunda baş verəcək.
Ölkə başçısının oktyabrın 7-də Nazirlər Kabinetinin məlum müşavirəsindəki çıxışına toxunan politoloq bildirdi ki, prezident işin işindədir və hər şeyi bilir. “Ona görə də onun dediyi həqiqəti əks etdirir. Azərbaycana təzyiqlərə gəldikdə, bu məsələdə daha çox təzyiq edən və israrçı mövqe nümayiş etridən Rusiyadır. Qərb son bir neçə ildə əksinə olaraq daha çox Azərbaycanın mövqeyini dəstəkləyən prizmadan çıxış edir. Azərbaycanın ərazi bütövlüyün və suverenliyini dəstəkləyən bayantlar verir. Elə AŞPA-nın oktyabrn 10-da başlayan payız sessiyasında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə fikir səslənib. Orada da Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn təməl prinsipləri əsasında həlli ilə bağlı fikirlər səslənib. Elə bu dediyim Qərbin Qarabağ məsələsinə olan mövqeyini göstəricisidir. Son dövrlərdə Azərbaycan təzyiq edən ölkə Rusiyadır və Ermənistandakı cinayətkar hərbi xuntanı, həm də Qarabağdakı separatçı rejimi açıq formada dəstəkləməkdə davam edir”- deyə, politoloq vurğulayıb.
Mürtəza
Gununsesi.info