Müasir dövrün erkən nikah problemi

  • By admin
  • 11 Oktyabr 2016 13:30
berde
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi  “Müasir dövrün erkən nikah problemi” layihəsi ilə əlaqədar olaraq 03-08 oktyabr 2016-cı il tarixlərdə Bərdə şəhərində 6 günlük təlim keçirilib.
Gununsesi.info xəbər verir ki, layihənin məqsədi Bərdə şəhərində erkən nigah problemi və onun törətdiyi mənfi nəticələri barədə gənclərin məlumatlandırılması, çıxış yollarının tapılması üçün ictimai müzakirələrin aparılması, problemlərin həlli yollarını göstərən təlim seminarların təşkili, bu istiqamətdə hüquqi bilik və vərdişlərin artırılması üçün tədbirlərin həyata keçirilməsi idi. Tədbiri giriş sözü ilə açan “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin sədri Balakişiyeva Günel və təlimçi İsmayılova Nailə öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və layihənin icrasına dəstək göstərdiyinə görə Fonda, tədbirin təşkilinə şərait yaratdığına görə isə Bərdə Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Təlimlərdə  erkən nikah problemi ilə bağlı aparılan  elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrə qatılan tədbir iştirakçıları  erkən nikahların qarşısının alınması sahəsində bir sıra təkliflər irəli sürmüşlər.
Gununsesi.info