Rusiya ilə ABŞ arasındakı gərginlik regiona mənfi təsir göstərəcək - ELİN SULEYMANOV

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 11:09

Elin Suleymanov

Rusiya ilə ABŞ arasındakı gərginlik regiona mənfi təsir göstərə bilər.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfransda çıxışı zamanı sualları cavablandırarkən deyib.
Səfir ilk olaraq Rusiya ilə Türkiyə arasında “Türk Axını”nın Azərbaycanın layihələrinə təsiri, cavablandıraraq deyib ki, “Türk Axını”nın Azərbaycan layihələrinə təsir etmir: “Regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibdir”.
Rusiya-ABŞ arasındakı gərginliyin regiona mümkün təsiri ilə bağlı qaldırılan sualı cavablandıran Azərbaycanlı diplomat bildirib ki, Rusiya ilə ABŞ arasındakı gərginliyin regiona mənfi təsir göstərə bilər və bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edərdi. 
Mürtəza
Gununsesi.info