
Gununsesi.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770mm civə sütunu, nisbi rütubət 85-95faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış yağacağı, şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərqküləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 10-14dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Gununsesi.info












