Bakıda Azərbaycan-Rusiya Forumu keçiriləcək

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 11:51

region

Sabah Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Gununsesi.info İqtisadiyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Anar

Gununsesi.info