
Pakistan və Hindistan öz diplomatlarını bir-birindən geri çağırdı.
Gununsesi.info “Times of India”-ya istinadən xəbər verir ki, noyabrın 2-də rəsmiİslamabad Hindistandakı səfirliyindəki 6 diplomatı geri çağırandan dərhal sonra rəsmi Nyu-Dehli də İslamabaddakı 8 diplomatını geri çağırmaq barədə qərar verib. Hindistan bunu diplomatlarının həyatına təhlükə olduğu ilə izah edib.
Pakistan da öz diplomatlarının həyatına təhlükə olduğunu nəzərə alaraq onları geri çağırıb.
Pakistan mətbuatı hindistanlı diplomatların adları ilə yanaşı fot0larını yayaraq, onları casusluqda ittiham edib.
“Diplomatik müharibə”-yə səbəb ötən həftə Hindistanda pakistanlı diplomat Mahmud Axtarın saxlanılaraq, dindirilib ölkədən çıxarılmasından sonra başlayıb. Hindistan hüquq-mühafizə orqanları pakistanlı diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb.
Bununla belə, Mahmud Axtarla əlaqələri olduğu ittiham olunan iki Hindistan vətədaşı da saxlanılaraq, ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Buna cavab olaraq Pakistan hakimiyəti Hindistan səfirliyinin əməkdaşı Surita Sinqhi ölkəsinə göndərib.
İki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olan digər amil isə cari ilin sentyabrın 18-də Kəşmir yaxınlığındakı Uri və Cammu şəhərlərindəki hindistanlı batalyona kəşmirli döyüşçülərin hücumu səbəb olub. Batalyona hücum nəticəsində 19 hindistanlı hərbçi ölüb.
Gununsesi.info












