
“Nitsa”nın futbolçusu Mario Balotelli “Napoli”yə transfer olunacağı iddialarına münasibət bildirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Fransa klubundan ayrılmağı düşünmədiyini deyib:
“Mən Neapolu sevirəm. Qızım da orada yaşayır. Amma hal-hazırda İtaliyaya qayıtmağı düşünmürəm. Bütün diqqətimi “Nitsa”ya yönəltmişəm. Komandam Fransa çempionu olsa, vertolyotla şəhərin üzərində uçacağam”.
Qeyd edək ki, M.Balotelli bu il “Milan”dan “Nitsa”ya transfer olunub.
Gununsesi.info








