
Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın filmlərinin nümayişi olacaq.
Gununsesi.info xəbər verir ki, filmlər gülüş ustasının 100 illik yubileyi ilə əlaqədardır.
Həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim” , 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana ” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.
Bildirək ki, seanslara giriş pulsuz olacaq.
Gununsesi.info









