Sabiq nazir Konstitusiya məhkəməsinə müraciət etdi

  • Müəllif: admin
  • 09 Dekabr 2016 15:42
nicat
Sabiq Xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev  qanunsuz olaraq  üzərində silah saxlamaqda ittiham olunaraq  həbs olunması ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edib.
Gununsesi.info “Contact.az”-a istinadən xəbər verir ki,  N. Quliyev   hüquqlarının Azərbaycan Konstitusiyasının 12,24,60,63 və digrə maddələrinə, həmçinin İnsan Hüquqları üzrə Avropa konvensiyasının 5,6,7, 13,14 və digər maddələrinə əsasən kobud surətdə pozlduğunu bəyan edərək, pozulmuş hüquqlarının bərpasını tələb edib. O eyni zamanda Konstitusiya Məhkəməsində onun barəsində çıxarılan  qərarların ləğv olunmasını və hüququ qüvvəsinin itməsi barədə  qərar çıxarmasını tələb edib.
Qeyd edək ki, N. Quliyev məhkəmənin qərarı olmadan MTN-nin  həyata keçirdiyi əməliyyat nəticəsində bağ evində saxlanılıb və axtarış zamanı onun üzərində “silah” çıxıb.
N. Qulyevin vəkili Elton Quliyev bu silahın MTN əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu sübut edib.
N. Quliyevin üzərində tapılan bu silahın MTN-nın həyata keçirdiyi əməliyyat zamanı  vicdan məhbusu, Gununsesi.info informasiya portalının  rəhbəri Pərviz Həşimli saxlanılan zaman üstündən “tapılıb”.
Gununsesi.info