
Rusiyanın Azərbaycandakı səfirliyi Türkiyədə qətlə yetirilən Rusiyanın səfiri Andrey Karlovla bağlı açıqlama yayıb.
Gununsesi.info-ya səfirlikdən verilən məlumata görə, Rusiyamın Azərbaycandakı səfirliyində Ankarada terror aktı zamanı qətlə yetirilən A.G.Karlovun faciəli ölümüylə bağlı Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyində başsağlığı kitabı açılıb.
Başsağlığı vermək və başsağlığı kitabında qeydlər yazmaq üçün dekabrın 21-i saat 10:00-dan 17:00dək və sabah saat 10:-dan 13:00-dək müraciət edilə bilər.
Gülnaz Qənbərli
Gununsesi.info










