
“Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcüd olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur.
Gununsesi.info xəbər verir ki, qanun layihəsinə əsasən vergi ödəyicilərinin, vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarından şəxsi hesab vərəqəsində mövcüd olan borcları müvafiq icra hakimiyyəti orqanları tərəfindən silinir.
Qanunun 2-ci maddəsində isə bildirilir ki, vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
Fiziki və hüquqi şəxsin vergi borcu yerində qalcaq. Yəni, 2017-ci ilin yanvar ayında hüquqi və fiziki şəxs vergi borcuna görə tətbiq edilən maliyyə sanksiyasının 30%-nin yerdə qalan 70%-ni, fevral ayında 50%-ini ödəyəcəksə, yerdə qalan 50%-ni, mart ayında isə 70%-ini ödəyəcəksə, sanksiyanın yerdə qalan hissəsi ləğv ediləcək.
Sənəd hazırlanarkən beynəlxalq prkatika və digər ölkələrin təcrübəsi öyrənilib.
Mürtəza
Gununsesi.info












