Barbaros Şansal saxlanıldı

  • Müəllif: admin
  • 02 Yanvar 2017 19:35

barbaros_sansal_by_orbaypeksen-d4mx5yy

Məşhur türkiyəli modelyer Barbaros Şansal saxlanılıb.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şansal “Reina” hadisəsi ilə bağlı Türkiyəni təhqir etdiyi mesajı sosial şəbəkədə paylaşıb.

Modelyer yeni il tətili üçün Şimali Kipr Türk Cümhuriyyətinə gedib. Hələ rəsmi açıqlama verilməsə də, onun orada saxlanıldığı öyrənilib. Həftə ərzində Şansalın ölkədən deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Barbaros Şansal paylaşımında “mənə səfalətin adını yaza bilərsənmi, Abidin? Bu qədər jurnalist həbsdəykən, uşaqlar təcavüz görərkən, ölkədə korrupsiya, rüşvət baş alıb gedərkən siz hələ də yeni ili qeyd edirsiniz?” ifadəsini işlədib.

 

Gununsesi.info