Bu cür olaylar gələcəkdə uşağın daha pis yollara əl atmasına şərait yaradır - FAZİL MUSTAFA

  • Müəllif: admin
  • 07 Yanvar 2017 11:36
fazil-mustafa
Quba rayon məhkəməsi 10 yaşı Nurayla bağlı qərar çıxararkən uşağın psixoloji vəziyyətini nəzərə alıb qərar verməli idi.
Bunu Gununsesi.info-ya açıqlamasında  Milli Məclisin İnsan hüquqları kimitəsinin üzvü, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə,  məhkəmə istənilən halda  qərar qəbul edərkən uşağın psixolji faktoruna önəm verməlidir.”Bu vacib məsələdir. Hüquq hətta atanın tərəfində olsa belə məhkəmənin  uşağın psixoloji durumunu nəzərə almadan belə qərar çıxarması yolverilməz haldır. Çünki belə hallar  uşağın psixikasına ciddi izlər buraxdığından  belə  hallara rəvac vermək olmaz. Bu baxımdan da  kim uşağı himayə edibsə, ona yaxşı baxıbsa ona vermək barədə qərar verməli idi”- deyə, millət vəkili vurğulayıb.
O, əlavə edib ki, belə halda 10 yaşlı Nurayın xalasının yanında qalması məqsədə uyğundur: “Təbii ki, atanın da hüquqları var və o da müəyyən hüquqi addımlar ata bilər və belə bir hüququ var. Ancaq bir daha təkrar edirəm ki, məhkəmə belə hallarda qərar verərkən uşağın psixikasını, onun sevgisinin kimə olduğunu nəzərə almalıdır. Bunun başqa yolu yoxdur. Belə hallar gələcəkdə uşağın daha pis yollara əl atmasına şərait yaradır”.
Məhkəmə icraçıları və polisin gözü qarşısında uşağı zorakı metodlarla xaladan  alınaraq ataya verilməsi məsləsinə mövqeyini açıqlayan millət vəkili bildirib ki, onlara qarşı hüquqi müstəvidə müvafiq tədbrilər görülməlidir: “Bu cür  metodla 10 yaşı Nurayın xaladan hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında alınaraq ataya verilməsi insan hüquqlarının kobud surətdə pozulmasıdır və qanuna zidd bir haldır. Burada bir var xala uşağı ataya verməyə, bəlkə də anlaşılan hal olardı, ancaq  uşaq istəmirsə, bun etmək olmaz. Burada uşğaın qərarı həlledici rol oynayır. Uşaqla bu cür davranmaq  heç bir halda nə etik, nə insani, nə də hüquqi  dəyərlərə uyğun deyil”.
Mürtəza
Gununsesi.info