Sabiq rus nazirin ev həbsi uzadıldı

  • By admin
  • 10 Yanvar 2017 22:13

aleksey

 

Moskva şəhərinin Basmanni məhkəməsi Rusiyanın sabiq İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevin ev həbsinin 15 aprel tarixinə qədər uzadılması barədə qərar verilib.

Gununsesi.info xəbər verir ki, sabiq nazirin işinə baxan hakim Yelena Lanskaya bu barədə ölkə mətbuatına açıqlama verib.

Hakim onu bildirib ki, Ulyukayevin gün ərzində 2 saat gəzinti istəyi ilə bağlı vəkillərin tələbi də rədd edilib.

Lanskaya sabiq nazirin 15 ilə qədər azadlıqdan məhrum edilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Aleksey Ulyukayev 2 milyon rüşvət almaqda ittiham edilir.

 

Gununsesi.info