Rusiya Ermənistana nota verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Gümrü şəhərindəki sovet abidəsinin təhqir edilməsinə görə İrəvana etiraz notası göndərib.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, baş verən hadisə sadəcə xuliqanlıq deyil, iki ölkənin ortaq tarixi yaddaşına qarşı yönəlmiş hücum və Böyük Qələbəni ləkələmək cəhdidir: “Əlbəttə ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik”.

M.Zaxarova Ermənistan hakimiyyətinin abidənin təhqir edilməsini qətiyyətlə pisləmək və ya heç olmasa aydın mövqe bildirmək əvəzinə, sözün əsl mənasında susmağı seçməsinin təəccüblü olduğunu söyləyib.

“Təəssüf ki, bu, artıq pis bir ənənəyə çevrilir. Xatırladığınız kimi, İrəvanda heç kim Zelenskinin Ermənistan torpağında səsləndirdiyi açıqlamalara reaksiya vermədi və Moskvada keçirilən Qələbə Günü paradına hücum etməklə hədələdi. Parad, digərləri ilə yanaşı, dünyanı “qəhvəyi taundan” xilas edən və Ermənistan və erməni xalqının tarixi ilə ayrılmaz şəkildə bağlı olan böyük şəxsiyyətlərin dəfn olunduğu Qırmızı Meydanda keçirilir”, – o bildirib.

XİN sözçüsü bildirib ki, bu cür laqeydlik və Ermənistanda parlament seçkiləri zamanı müşayiət olunan cilovsuz anti-Rusiya kampaniyası sözün əsl mənasında bu cür barbar hərəkətlər üçün zəmin yaradıb, onu alavlandırıb.

Gununsesi.info