Noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunacaq.
Gununsesi.info-nun məlumatına görə, peşə bayramı münasibətilə Prezident İlham Əliyev tərəfindən ədliyyə orqanlarında xidmət keçmiş bir sıra şəxslərin təltif edilməsi gözlənilir.
Təltif olunacaq şəxslər arasında xüsusi ali rütbəyə layiq görüləcək şəxslər də var.

Məlumata görə, təltif ediləcək şəxslərdən biri də Penitensiar Xidmətin yeni rəisi, nazir müavini Sahib Rzayevdir.
O, general-mayor ali xüsusi rütbəsinə layiq görüləcək.
Qeyd edək ki, ədliyyə işçilərinin peşə bayramı hər il noyabrın 22-də qeyd olunur.
Günay
Gununsesi.info












