“Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

  • Müəllif: admin
  • 23 Yanvar 2017 15:21
millimeclis-2015_40
“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
 Bu barədə Gununsesi.info-ya  Milli Məclisdən məlumat verilib.
Adıçəkilən qanun layihəsi artıq Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb.
Qeyd edək ki, qanun yenidən işlənilərək hazırlanıb. 
Bundan öncə parlamentdə  “Azərbaycan Respublikasında Dövlət daktiloskopik haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Ancaq qanun layihəsi müasir dövrün tələblərinə tam cavab vermədiyindən yenidən işlənilərək hazırlanıb. Belə ki,  yeni qanun layihəsinin yenidən işlənməsini zəruri edən amil “Biometrik informasiya haqqında” qanun layihəsi qəbul edildikdən sonra yaranıb.
Qanun layihəsində  vətəndaşındaktiloskopik  və genom məlumatlarının  alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi ilə yanaşı, insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar , bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri  öz əksini tapıb.
Qanun layihəsində dövlət daktiloskopik qeydiyyatı və genom  Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlılarına riayət edilməklə qanunçuluq, humanizm, məxfilik, könüllülük və məcburiliyi uzlaşması prinsiplərinə müvafiq həyata keçirilməsi nəzərdə tutulur.
Qanun qəbulunu itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin axtarışı, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi,  səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayətlərin qarşısının alınması, açılması və araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi zəruri edir. 
Mürtəza
Gununsesi.info