
Şimali İraq Kürd Muxtariyyətinin sədri Məsud Bərzani Nuri əl-Maliki yenidən İraqın baş naziri olacağı təqdirdə Kürdüstanın müstəqilliyini elan edəcəyini bəyan edib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Məsud Bərzani Londonda ərəb dilində nəşr edilən “El Şark el Ewsat” qəzetinə verdiyi açıqlamada belə deyib.
O, bildirib ki, Nuri əl-Maliki hökumətinin idarə etdiyi İraqın daxilində qala bilmərik.
M. Bərzani kürdəsilli İraqın keçmiş xarici işlər naziri Hoşyar Zebarinin vəzifədən uzaqlaşdırıldığını, baş nazir Heydər əl-İbadinin Mosul əməliyyatında məğlubiyyətə düçar edilməsinin hədəfləndiyini, bununla da Nuri əl-Malikinin yenidən baş nazir postuna gətirilməsi barədə planların olduğunu bildirib.
Eyni zamanda, M. Bərzani ABŞ-ın 45-ci prezidenti Donald Trampın kürdlərə dəstəyini davam etdirəcəyinə inandığını da əlavə edib.
Anar
Gununsesi.info










