Bakıda yaşayış binasında yanğın baş verib.
FHN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmənzilli yaşayış binasında baş verib. Nəticədə binanın 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 18 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Gununsesi.info













