Millət vəkili AZAL-ı tənqid etdi: "BOŞ YER OLA-OLA BİLET TAPILMIR"

  • Müəllif: admin
  • 01 Fevral 2017 16:55

AZAL1

“Bu yaxınlarda bir tanışım Türkiyəyə, İstanbula getmişdi. Lakin o qayıdanda bilet tapa bilməyib. Ona başqa bilet satmaq istəyiblər, qiyməti isə 320 dollar”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, məsələ ilə əlaqədar AZAL rəhbərliyi tədbir görməlidir:

“Sonradan o adam təyyarəyə minəndə görüb ki, nə qədər boş yer var. Bəs niyə bilet tapılmayıb? AZAL Türk Hava Yolları ilə əlaqə saxlamalı idi ki, görsünlər boş yer var, yoxsa yox”.

Mürtəza

Gununsesi.info